Hər bir təhsilalana düşən illik təhsil xərcinin miqdarı təsdiqləndi
“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” təsdiqlənib.
Bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilib:
Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı (manatla):
- Tam orta ümumtəhsil məktəbi 2000
- Lisey 2200
- Gimnaziya 2200
- Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi 2500
- İnternat tipli lisey 3000 6. İnternat tipli gimnaziya 3000

