“Vitol”: Qlobal neft tələbatı apreldəki itkilərini sürətlə bərpa edir

Qlobal neft tələbatı aprel ayındakı itkilərini sürətlə bərpa edir.

 “Vitol” enerji şirkəti bu proqnozla çıxış edib.

Dünyanın aparıcı neft treyder şirkətlərindən olan “Trafigura”ya görə isə qlobal tələbat pandemiyadan əvvəlki səviyyələrin 90 faizinə çatıb.

Qeyd edək ki, OPEC cari ildə qlobal neft tələbatının 9 milyon barrel azalaraq gündəlik 90,5 milyon barrel olacağını gözləyir.