Mis filizləri və konsentratlarının istehsalı 30,3 faiz artıb

Yarım ildə mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən 1253,1 tonu mis filizləri və konsentratlarının payına düşüb.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,3 faiz artıb.

İyulun 1-nə olan vəziyyətə əsasən hazır məhsul ehtiyatı 122,7 ton təşkil edib.