Qara metallar və onlardan hazırlanan məmulatların ixracı azalıb

Cari ilin 6 ayında ölkədən 30,3 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Yerveinsan.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 22,3 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə 30,2 milyon dollarlıq 56,5 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.