Azərbaycanda bir kənddə onlarla insan koronavirusa yoluxdu 

Kürdəmir rayonunun Pirili kəndində COVID-19 infeksiyasına kütləvi yoluxma qeydə alınıb. Kəndin 31 sakini koronavirusa yoluxub. Son sutka ərzində daha 7 nəfərin bu virusa yoluxduğu bildirilir. Virus bu kəndə necə yayılıb ? Reportajı təqdim edirik.

Bir kənddə onlarla insan koronavirusa yoluxdu.

Bura Kürdəmir rayonunun Pirili kəndidir.Kütləvi yoluxma halı ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının həmçinin rayon gigiyena və epidemioloğiya mərkəzinin əməkdaşları Pirili kəndinə ezam olunublar və vəziyyətin nəzarətə götürülməsi istiqamətində gücləndirilmiş iş rejimində çalışırlar.

İnsanların çox toplaşdığı yerlər eləcədə bəzi evlər və həyətlər dezinfeksiya olunur.

Kənd icra nümayəndəliyindən verilən məlumata görə yoluxanların əksəriyyəti qadınlardır.Virusun yas mərasimindən yayıldığı güman edilir.

Kəndin 31 sakininin koronavirus infeksiyasına yoluxması aşkarlanıb.son gündə isə daha 7 nəfərin yoluxduğu bildirilir. Xəstələrin sayının artacağı istisna olunmur.