Altı rayonun su təchizatında müvəqqəti fasilə yaranacaq

Altı rayonun su təchizatında müvəqqəti fasilə yaranacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı və Pirallahı rayonlarının bəzi ərazilərində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Təmir-bərpa işlərinin başa çatdırılmasından sonra oktyabrın 7-si səhər saatlarınadək su təminatının bərpası nəzərdə tutulur.