Neft Fondu cari ildə “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 2,4 milyard dollar qazanıb

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin əvvəlindən avqustun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 2 milyard 485 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.