Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edilib
                        Azərbaycan tərəfi Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib.
Təqsirlndirilən şəxs barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırım) maddəsi ilə cinayət işi başlanıb.
 
Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin icraatında təqdimata baxılıb və təmin edilib. Məhkəmənin qərarı ilə S.Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. Onun saxlanılması üçün barəsində beynəlxalq axtarış elan edilib.
			
					
                                
                                
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                    
                    
                    
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
