Tenderi bu şirkət uddu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" publik hüquqi şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (açıq tender) qalibi "V-Dizayn" MMC olub.
"V-Dizayn” MMC “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”nin sifarişi ilə bu quruma Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər satacaq.
Qeyd olunan avadanlıqların alınması üçün “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” "V-Dizayn” MMC-yə 297647.92 AZN manat ödəyəcək.

