“ASAN xidmət” işçiləri təltif edildi - SƏRƏNCAM

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:


"ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:


"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə


Baxşəliyev Kamil Qəhrəman oğlu


Əliyev Əşrəf Yusif oğlu


Məmmədov Elvin Qasım oğlu


Osmanov Kənan İslam oğlu


Rəhimova Kəmalə Fizuli qızı


Rüstəmov Şahbaz Qadir oğlu


"Tərəqqi” medalı ilə


Cavadov Mehdi Nasir oğlu


Əmiraslanova İradə Azər qızı


Məmmədli Sahil Gülağa oğlu


Naxçıvanski Cəmşid Yusif oğlu


Niftəliyev Elnur Allahverdi oğlu.


 


İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 dekabr 2020-ci il.