Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurası işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini müzakirə edib

Bu gün "Qarabağ Dirçəliş Fondu"nun Müşahidə Şurasının üzvləri işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini müzakirə ediblər.

İclasda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Fondun əhəmiyyəti barədə danışıb, bununla bağlı daxili və xarici təbliğatın aparılmasının vacibliyini qeyd edib.

Müşahidə Şurasının digər üzvləri də bu təşəbbüsün əhəmiyyətini qeyd ediblər. İclas zamanı işğaldan azad edilmiş ərazilərə investisiyaların və özəl sektorun cəlb olunması, bərpa işlərinə maliyyə dəstəyinin göstərilməsi və digər məsələlər müzakirə edilib.

 
Şuranın növbəti iclasının yaxın zamanlarda keçiriləcəyi və Müşahidə Şurasının üzvlərinin Fondun fəaliyyəti istiqamətində vəfizələrinin müəyyənləşdiriləcəyi nəzərdə tutulub.