Bu il Yer təki sahələri hərrac qaydası ilə istismara veriləcək

Bu il Yer təki sahələri hərrac qaydası ilə istismara veriləcək.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda nazirliyin Dövlət Mineral Xammal Agentliyinin sədri Samir Qurbanov deyib.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı müvafiq Yer təki sahələrini seçib. Həmin yataqlar müvafiq icra hakimiyyəti qurumları tərəfindən razılaşdırılma mərhələsindədir. Yekunda ictimaiyyətə geniş məlumat təqdim ediləcək. Həmçinin nazirliyin rəsmi saytında hərraca çıxarılacaq yataqlar barədə məlumat yerləşdiriləcək”, - deyə S.Qurbanov bildirib.