Mədən torpağının idarəçiliyi ilə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək

Mədən torpağının idarəçiliyində yaranan problemlərin həlli üçün qanunvericilik aktlarına dəyişikliklərin edilməsi gözlənilir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Agentliyinin sədri Samir Qurbanov deyib.

 
Onun sözlərinə görə, bununla bağlı ekspertlər tərəfindən görüşlər də keçirilib: “Çox qısa zamanda təkliflər hökumətə təqdim ediləcək. Bu təkliflər özündə bir sıra yenilikləri və asanlaşmaları ehtiva edir”.//Trend