Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu

Ölkədə tibb işçilərinin koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesi davam edir.

 Bakı Sağlamlıq Mərkəzində səhiyyə naziri Oqtay Şirəliyev, TƏBİB sədri Ramin Bayramlı və səhiyyə nazirinin müavini Elsevər Ağayev peyvənd olunub.

Daha sonra TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva və səhiyyə nazirliyinin şöbə müdiri Teymur Musayev də vaksinasiya prosesinə qatılıb.