Ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları sadələşdirilib

Ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları sadələşdirilib.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Təhsil Nazirliyi ilə birgə müzakirələr aparılıb və hazırkı təlim-tədris prosesi ilə əlaqədar mənimsənilməsi çətin olan mövzular müəyyənləşdirilərək proqramlardan çıxarılıb.