Azərbaycanda 236 nəfər COVID-19-dan sağalıb, 147 nəfər yoluxub, 4 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 147 yeni yoluxma faktı qeydə alınıb, 236 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225 914 nəfər müalicə olunaraq sağalıb, 3 167 nəfər vəfat edib, aktiv xəstə sayı 2 428 nəfərdir.

 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 298, ötən müddət ərzində isə ümumilikdə 2 470 908 test aparılıb.