Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 74 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.