Sumqayıt Polis İdarəsinin rəis müavini işdən çıxarıldı

Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini vəzifəsindən azad olunub.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 
Nazirinm əmri ilə idarənin rəis müavini, polis polkovnik-leytenantı Hüseyn Süleyman oğlu Həsənov tutduğu vəzifədən çıxarılıb. Adı çəkilən vəzifəyə hələlik yeni təyinat olmayıb.