“Biləv” Su Elektrik Stansiyasında 672,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib
“Biləv” Su Elektrik Stansiyasında (SES) fəaliyyətə başladığı dövrdən bu ilin oktyabr ayınadək 672,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Gilançay üzərində tikilən, ümumi gücü 20 meqavat olan “Biləv” Su Elektrik Stansiyası 2010-cu il oktyabrın 5-də istismara verilib.

