Milli Məclisin sədri Türkmənistanda işgüzar səfərdədir
Noyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

