Meliorasiya və Su Təsərrüfatı ASC-yə yeni sədr təyin edildi - Sərəncam

Prezident İlham Əliyev Zaur Mikayılovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilsin.