Prezident İlham Əliyev: İsrail və Azərbaycan diasporları münasibətlərimizin inkişafına mühüm töhfələr verirlər

Azərbaycanla İsrail arasında ticarət münasibətləri mövcuddur və bu münasibətlər daha da inkişaf etməkdədir.

Bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.

Dövlətimizin başçısı bildirib ki, İsraildə çox fəal Azərbaycan diasporu var. Həmçinin Azərbaycanda da çox fəal İsrail diasporu mövcuddur.

“Diaspor nümayəndələri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verirlər. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsində İsrail ilə geniş əməkdaşlıq aparılır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.