Avropa İttifaqı ilə Qarabağın bərpasında əməkdaşlıq müzakirə olunub - Nazir

Avropa İttifaqı (Aİ) ilə Qarabağın bərpasında əməkdaşlıq müzakirə olunub.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.

Nazir bildirib ki, Azərbaycan Aİ ilə uğurlu iqtisadi-iticarət tərəfdaşlığı həyata keçirir:

"Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi
ilə görüşümüzdə həmkarım Energetika naziri Pərviz Şahbazovla birgə işğaldan azad olunmuş ərazilərimizin bərpasında əməkdaşlıq, kiçik və orta biznesin inkişafı, Aİ tərəfindən təklif edilən maliyyə alətləri və investisiyalar üçün prioritet sahələr barədə fikir mübadiləsi apardıq".//Trend