Bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb - MN

Ermənistan mətbuatının guya Azərbaycana məxsus PUA-nın Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulması barədə yaydığı xəbər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb.