BDYPİ: Mikroavtobusun texniki nasazlığı qəzaya səbəb olub

Astara rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində “Qazel” markalı mikroavtobus aşıb.

Hadisə Kijəbə-Deqədi kənd yolunda, Deqədi kəndi ərazisində baş verib.

Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb. Xəsarət alanlar Astara və Lənkəran Rayon Mərkəzi xəstəxanalarına hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilir.

Qeyd edək ki, Deqədi-Astara marşrutu üzrə hərəkət edən mikroavtobusda 20-yə yaxın sərnişin olub.