Azərbaycan MN: Ermənistan atəşkəs rejiminin tələblərinə əməl etmir

Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan edilməsi ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.