Yeni təşkilat təsis olundu

İnsanların təhlükəsizliyinə, sağlamlığına, ətraf mühitə, avadanlığa və keyfiyyətə təsir göstərən bütün zərərli faktorların minimuma endirilməsinə, risk və imkanların idarəedilməsinə və təhlükəsiz iş mühitinin yaradılmasına nail olur.
 
Fevralın 10-da “Azerimining Group” MMC-də həmkarlar ittifaqı təşkilatının təsis iclası keçirilmişdir. İclasda təşkilatın yaradılması,  komitə üzvlərinin və sədrinin seçilməsi məsələlərinə baxılmışdır. İclas iştirakçıları Loğman Məmmədovun sədr vəzifəsinə namizədliyini irəli sürmüş və yekdilliklə dəstəkləmişlər.

Tədbirdə Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının prezidenti Bəkir Yusifov və  “Azerimining Group” MMC-nin direktoru İsrafil Cəlilov da iştirak etmişlər.

Məlumat üçün deyək ki, “Azerimining Group” MMC  2018-ci ildən etibarən dağ-mədən sənayesi sahəsində fəaliyyət göstərir. Şirkət respublikamızın regionlarında üstaçma, qazma, partlayış, süxurdaşıma, rekultivasiya və digər işləri icra edir. Reylef baxımından çətinliklərə baxmayaraq, MMC rəhbərliyi əməyin mühafizəsi və ətraf mühitin qorunması məsələlərinə məsuliyyətlə yanaşır.

İnsanların təhlükəsizliyinə, sağlamlığına, ətraf mühitə, avadanlığa və keyfiyyətə təsir göstərən bütün zərərli faktorların minimuma endirilməsinə, risk və imkanların idarəedilməsinə və təhlükəsiz iş mühitinin yaradılmasına nail olur.

İdarəetmə sistemlərinin daimi inkişafını təmin etmək üçün işçi personalının davamlı olaraq maarifləndirilməsi, onların peşəkarlığının artırılması istiqamətində bütün vasitə və imkanlardan maksimum dərəcədə istifadə edilir.