Azərbaycan və Özbəkistan prezidentləri Daşkənddə Heydər Əliyev Meydanının açılışında iştirak ediblər

İyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub.

Yerveinsan.az xəbər verir ki, Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər.