Azərbaycan ilə NATO arasında “Planlaşdırma və analiz prosesi” sənədi müzakirə olunub

Brüsseldə Azərbaycan Respublikası ilə NATO arasında “Planlaşdırma və analiz prosesi” sənədinin müzakirəsi üzrə “29+1” formatında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, görüşdə bu sənəd çərçivəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən icra edilən tərəfdaşlıq məqsədləri və öhdəlikləri, eləcə də digər məsələlər müzakirə olunub.