Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru tarix elmləri doktoru Abbas Seyidov İmişli rayonunun Qızılkənd kəndi yaxınlığında yerləşən orta əsr Qızıl təpə yaşayış yerində olub.

İnstitutdan  bildirilib ki, arxeoloji ekspedisiyanın rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev Xl-Xlll əsrlərə aid qədim yaşayış yerində bu il aparılan arxeoloji qazıntılar haqqında məlumat verib. O bildirib ki, müasir yaşayış yerlərindən bir neçə kilometr aralıda, düzənlikdə yerləşən abidədə bu il 80 kvadratmetr sahədə arxeoloji qazıntı işləri aparılıb və zəngin maddi mədəniyyət qalıqları üzə çıxarılıb.

Baş direktor ekspedisiyanın üzvlərinə işlərində uğurlar arzulayıb və müvafiq tapşırıqlar verib.