Bakı və Abşeronda yağıntının miqdarı aylıq normanın 203-279 %-ni təşkil edir - FAKTİKİ HAVA

Mayın 17-si saat 09:30-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 Qeyd olunub ki, düşən yağıntının miqdarı 40-55 mm qeydə alınıb ki, bu da aylıq normanın 203-279 %-ni təşkil edir.