Yeni təmir olunan yol yenidən çökdü - VİDEO
Bir müddət əvvəl 8 Noyabr prospektində yolun çökməsi ilə bağlı sujet təqdim etmişdik. Daha sonra həmin yol təmir olundu. Amma təmir olunan hissə yenidən çöküb.
Sözügedən yolda dəliklər əmələ gəlib. Hətta yolun əsas hərəkət hissəsində bir necə yerdən yeni asfalt qatının vurulduğu yerlər də çöküb.
Yol ilə bərabər səkinin ətrafıdakı daşlar da qoparaq tökülüb.
Prospektdən mütəmadi istifadə edən sürücülər yolun bu halda olmasının onlar üçün ciddi problem yaratdığını bildirirlər.
Sürücülərin sözlərinə görə, ən pis hal isə yolun təmirdən qısa müddət sonra bu hala düşməsidir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirlib ki, hazırda sözgedən ərazidə bərpa işlərinin aparılması ilə bağlı layihə hazırlanır. Bu məqsədlə ərazidə zəruri geoloji və topoqrafik tədqiqatlar aparılıb, mövcud vəziyyət qiymətləndirilib və əldə olunan nəticələr əsasında müvafiq layihə həlləri hazırlanıb. Nəzərdə tutulan mühəndislik tədbirlərinin icrası ilə mövcud problemin tam aradan qaldırılması hədəflənir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

