Vətən müharibəsi iştirakçısı və kitabxananın oxucuları ilə görüş keçirilib
05.11.2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 8 Noyabr – Zəfər Bayramı münasibətilə Bərdə rayonunun Alpout kəndindən olan, döyüş yoldaşları və yaxınları arasında “Vova” ləqəbi ilə tanınan Vətən müharibəsi iştirakçısı Vüqar Nəsir oğlu Ağayevlə gənclər və kitabxananın oxucuları ilə “Bizə Zəfər sevincini yaşadan oğullar” adlı görüş keçirildi.
Görüş zamanı Vətən müharibəsinin şanlı tarixindən, Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığından, döyüş meydanında nümayiş etdirilən igidlik və vətənpərvərlik nümunələrindən söhbət açılıb. Vüqar Ağayev öz döyüş xatirələrini iştirakçılarla bölüşərək, Vətən uğrunda mübarizənin, torpaq sevgisinin və əsgər şücaətinin unudulmaz anlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, Zəfərimiz Azərbaycan xalqının birliyi, ordumuzun gücü, igid oğullarımızın qəhrəmanlığı və Vətənə sonsuz məhəbbəti sayəsində qazanılıb. Belə görüşlər qəhrəmanlıq tariximizin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və Zəfər salnaməmizin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Zəfərimiz əbədi, qəhrəmanlarımız daim uca olsun! Qarabağ Azərbaycandır!

