Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə qatar reysləri təyin edib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin tələbatını nəzərə alaraq qatar reysləri təyin edib.
QSC-dən bildirilib ki, noyabrın 8-də Gəncədən və Mingəçevirdən səfərlər təşkil olunacaq.
Biletləri ADY-nin saytından, "ADY Mobile" tətbiqindən və dəmiryol kassalarından əldə edə bilərsiniz.

