Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Fotoneqativ materialları fondunda Sovet İttifaqı Kommunist Partiyasının Büro üzvlüyünə namizəd, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın birinci katibi Heydər Əliyevin 1976-cı ildə Bakı şəhərində keçirilmiş iməcilikdə iştirakı əks olunan fotoneqativ qorunur. Bu barədə muzeydən məlumat verilib.
Ümummilli lider Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) birinci katibi seçilib. Xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirməyə başladı. Nəticədə Heydər Əliyevin Azərbaycana KP MK-nın birinci katibi kimi rəhbərlik etdiyi 1969-1982-ci illər respublika tarixinə ən parlaq quruculuq dövrü kimi daxil oldu. Ulu öndər Heydər Əliyev xalqın əsrlərboyu yaratdığı mənəvi sərvətin, mədəniyyət dəyərlərinin toplanılması, qorunması və daha da zənginləşdirilməsi üçün də çox mühüm qərarlar qəbul etmişdi.

