Birinci “Yüksəliş” müsabiqəsinin qalibi işlə təmin olunub

Birinci “Yüksəliş” müsabiqəsinin qalibi siyasi elmlər üzrə fəlsəfə doktoru Turxan Süleyman işlə təmin edilib.

Turxan Süleyman Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev tərəfindən nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində təhsil naziri Emin Əmrullayev müsabiqənin qalibi Turxan Süleymanın mentorudur.