MİQ imtahanlarında sualların əvvəlcədən yayılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Müəllimlərin işə qəbulu imtahanlarında riyaziyyat fənnindən sualların başqa tərəfə verilməsi yolverilməzdir.

Bunu təhsil naziri Emin Əmrullayev "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və digər məsələlərlə bağlı media üçün brifinqdə deyib.

Nazir bildirib ki, bu kimi hallar başqa ölkələrdə də baş verir: "Müəlliflə aramızda məxfilik müqaviləsi imzalanır. Müəllif də buna əməl etməlidir. Bununla bağlı lazımı addımların atılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək", - deyə nazir bildirib.//Trend