İş yerinin qarşılıqlı dəyişdirilməsini təsdiq edən müəllimlərin nəzərinə

İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin “Şəxsi kabinet”inə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, müsabiqə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem vasitəsilə, öz istəyi əsasında iş yerini qarşılıqlı dəyişdirmək imkanı verir. Bu müsabiqədə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilirlər. Müsabiqədə iştirak etmək üçün müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir.