Peşə təhsili üzrə qəbula yeni ixtisaslar əlavə edilib

2022/2023-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbuluna 5 yeni ixtisas əlavə edilib.

Bunu 2022-2023-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesi ilə bağlı təşkil olunan mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov deyib. O bildirib ki, yeni ixtisaslardan 2-si yüksək texniki peşə təhsilini, 3-ü isə texniki peşə təhsilini əhatə edir.

Qeyd edək ki, avqustun 1-dən etibarən peşə təhsili müəssisələrinə 2022/2023-cü tədris ili üzrə tələbə qəbuluna başlanılır. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. Peşə təhsili almaq istəyən şəxslər avqustun 1-12-də “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.