Ağacların dibi asfaltdan təmizlənib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Ənvər Qasımlı küçələrinin kəsişməsində ağacların dibinin asfaltlanması faktı aşkarlanıb.

Ağacların dibi xidmətin əməkdaşlarının nəzarəti altında 13 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib.