Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 512 yoluxma faktı qeydə alınıb
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 512 yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 799 min 983 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 787 min 479 nəfər müalicə olunaraq sağalıb, 9 min 752 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 752 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 760, bu günə qədər isə ümumilikdə 7 milyon 55 min 265 test icra olunub.

