General: "Eyvazlı istiqamətindəki buraxılış məntəqəmizdə hərəkət var"
Azad edilən ərazilərdə artıq 3 buraxılış məntəqəsi fəaliyyətə başlayıb ki, onlardan biri də Füzuli Beynəlxalq Hava Limanıdır.
Bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.
"Eyvazlı istiqamətindəki buraxılış məntəqəmizdə hərəkət var. Ermənistan tərəfi alternativ yollardan istifadə etməklə müəyyən hərəkət edirlər. Ancaq onlar hər kəsi alternativ yollardan istifadə etməyə məcbur edə bilmirlər”.

