Fövqəladə hallar naziri Qəbələ şəhərində vətəndaşlarla görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 19-da Qəbələ şəhərində, nazirliyin Şimal-qərb Regional Mərkəzinin inzibati binasında Qəbələ və Oğuz rayonlarının sakinlərinin qəbulunu keçirib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi də vətəndaşları qəbul edib.

Ümumilikdə, 200-dən artıq vətəndaşın müraciəti dinlənilib.