Azərbaycanda son sutkada 601 nəfər koronavirusa yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 810 589 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 797 167 nəfər müalicə olunaraq sağalıb, 9 795 nəfər vəfat edib, aktiv xəstə sayı 3 627 nəfərdir.
Ölkədə son sutka ərzində 3614, hazırkı dövrədək isə 7 135 151 test aparılıb.

