Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.

Yerveinsan.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, ümumilikdə 66 744 ərizə təsdiq edilib. I qrup üzrə 22331, II qrup üzrə 14642, III qrup üzrə 17692, IV qrup üzrə 5237, V qrup üzrə 10527 ərizə təsdiqlənib. Müsabiqənin nəticələri 4-5 gün ərzində elan olunacaq.