Şirvan Milli Parkında ceyran mənzərəsi - VİDEO
Azərbaycan təbiətinin, Şirvan Milli Parkının özünəməxsus çalarları ceyranlarla daha da gözəl görünür desək, yanılmarıq. Ceyranlar milli parkın düzənliklərinə özünəməxsus gözəllik qatıb.
Şirvan Milli Parkı yaradıldıqdan sonra ceyranların nəslinin kəsilməsi təhlükəsi aradan qaldırılıb və hazırda Azərbaycanda ən böyük ceyran populyasiyasının yayıldığı ərazi Şirvan Milli Parkıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, beynəlxalq ekspertlərin iştirakı ilə aparılmış araşdırma nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərində ceyran populyasiyasının sayının ümumilikdə 7 mindən, təkcə Şirvan Milli Parkı ərazisində isə 6 mindən çox olduğu müəyyən edilib.
Nazirlik Şirvan Milli Parkında ceyran sürülərinin gözoxşayan və diqqətçəkən görüntülərini ictimaiyyətlə bölüşüb.

