250 bal toplayan abituriyentlər də təhsil tələbə krediti ala biləcək
Təhsil Tələbə Krediti Fondunun Himayəçilər Şurasının növbəti iclasında qəbul olunmuş qərara əsasən, birinci kurs tələbələrin ilk semestrdə standart təhsil tələbə krediti almaq hüququnu müəyyən edən ümumi balın aşağı həddi 250 olaraq təyin edilib.
Bu barədə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib. Bildirilib ki, qəbul balı yalnız 1-ci kursun birinci semestri üçün keçərlidir. Növbəti semestrdən tələbənin qəbul balı deyil, tələbənin ÜOMG balı nəzərə alınacaq.
Sosial TTK almaq üçün heç bir bal limiti yoxdur.
Qeyd edək ki, bu günə qədər tələbə qəbulu imtahanında toplanan ümumi balın aşağı həddi 300 bal idi.

