Baş Prokurorluq: sabiq Baş Prokurorun ölkə xaricinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat tərəfimizdən təsdiq edilmir

Azərbaycan Respublikasının Baş Prokurorluğu sabiq Baş Prokurorun ölkə xaricinə çıxışına qadağa qoyulması ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabiq Baş Prokuror Zakir Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat tərəfimizdən təsdiq edilmir.