Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi başlayıb

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start verilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsahibələr 12-13-14-16-17-19 sentyabr tarixlərində, onlayn formatda təşkil olunacaq. Müsahibə linki təhsilverənlərin şəxsi kabinetlərinə göndərilib.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular miq.edu.az saytında və portal.edu.az platformasında mövcuddur.