Şəhid Səbuhi Əhmədovdan rüşvət alınması ilə bağlı məsələnin araşdırılmasına başlanılıb - MN

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilir ki, vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb.

"Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcəkdir", - nazirliyin açıqlamasında deyilir.